Bakıda 41-ci Dünya Skaut Konfransının rəsmi açılış mərasimi olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 41-ci Dünya Skaut Konfransının rəsmi açılış mərasimi olub - FOTO

22:38 - 14 / 08 / 2017
Bakıda 41-ci Dünya Skaut Konfransının rəsmi açılış mərasimi olub - FOTO

Avqustun 14-də Bakı Konqres Mərkəzində 41-ci Dünya Skaut Konfransının rəsmi açılış mərasimi olub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, 41-ci Dünya Skaut Konfransında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, digər dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər.

Konfrans Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı.

Sonra tədbir iştirakçılarının bölgələrimizə səfərlərini əks etdirən videoçarx nümayiş olundu.

Konfrans iştirakçıları bildirdilər ki, onlar Azərbaycana daha yaxşı dünya yaratmaq, skaut hərəkatının mahiyyətini cəmiyyətə bir daha çatdırmaq üçün toplaşıblar. “Azərbaycana xoş gəlmişik”, - deyən iştirakçılar Azərbaycanın və skaut hərəkatının bayraqlarını səhnəyə gətirdilər.

Sonra Azərbaycan skautlarının milli himni səsləndi.

Azərbaycan Skautlar Assosiasiyasının rəhbəri İlyas İsmayıllı bildirdi ki, Odlar Yurdunda keçirilən bu tarixi konfransda skautları qəbul etmək böyük şərəfdir. “Beynəlxalq Skaut Konfransı böyük tədbirdir. Bu ab-havada Azərbaycanda hökm sürən qonaqpərvərliyi, ölkəmizin müxtəlifliyini hiss edəcəksiniz”, - deyən İlyas İsmayıllı skautların buraya yüz minlərlə insanın taleyinə təsir edəcək vacib qərarlar qəbul etmək üçün toplaşdıqlarını diqqətə çatdırdı.

Dünya Skaut Hərəkatının baş katibi Əhməd əl-Hindavi Azərbaycan Skautlar Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirdi. Nizami Gəncəvinin “Yeddi gözəl” poemasını xatırladan qonaq bu əsərin müxtəlifliyi nümayiş etdirmək baxımından gözəl nümunə olduğunu dedi və bildirdi ki, ayrı-ayrı ölkələrdən gələn skautlar da öz fəaliyyətlərində bunu hər zaman nəzərə almalıdırlar və birgə işləməlidirlər. Hərəkatın qlobal həmrəylikdə oynadığı roldan söz açan Əhməd əl-Hindavi diqqətə çatdırdı ki, hazırda skautlar yeni dəyişikliklər astanasındadır və təşkilatın daha da böyüməsinə nail olmağa çalışırlar.

Əhməd əl-Hindavi dedi ki, Azərbaycanda və bütövlükdə Avrasiya regionunda ilk dəfə keçirilən bu konfrans iştirakçıların və dünyanın hər yerindən təmsil olunan milli skaut təşkilatlarının rekord sayına görə əvvəlkilərdən fərqlənir. Bunun nəticəsində konfrans iştirakçıları nəinki son bir neçə ildə skaut hərəkatının inkişafı ilə tanış olacaq və təcrübə mübadiləsi aparacaq, həm də Dünya Skaut Hərəkatı Təşkilatının beynəlxalq aləmdə gənclərin əsas təhsil hərəkatına çevrilməsi üçün vacib qərarlar qəbul edəcək.

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Bakı konfransının skaut hərəkatında önəmli hadisələrdən birinə çevriləcəyinə əminliyini ifadə edərək dedi ki, belə tədbirin Azərbaycan paytaxtında keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi Dünya Skaut Hərəkatının ölkəmizə etibarının və hörmətinin ifadəsidir. “Hər birimizin öz vətənimiz var. Amma bu gün insanları birləşdirən ümumi vətən – Yer kürəsi var və onu təhlükədən xilas etmək üçün insanlar birləşib problemləri həll etməlidirlər”, - deyən Əli Əhmədov dünyanı narahat edən problemlər sırasında miqrasiya probleminin xüsusi yer tutduğunu, Azərbaycan vətəndaşlarının öz təcrübələrində bu problemlə üzləşdiklərini qeyd etdi. Vurğuladı ki, əgər insanlar səylərini birləşdirsələr hər bir ölkədə əmin-amanlığa nail ola bilərlər.

Əli Əhmədov qeyd etdi ki, Dünya Skaut Hərəkatı müxtəlif yaş qruplarından olan insanları öz sıralarında birləşdirir. Bu hərəkat bir tərəfdən müxtəlif yaş qrupları, digər tərəfdən fərqli millətlərin nümayəndələri arasında anlaşmaya töhfə verir. Baş nazirin müavini əmin olduğunu bildirdi ki, təşkilat bundan sonra da qarşısında duran vəzifələri uğurla yerinə yetirəcək.

Bakı konfransını bu mənada əhəmiyyətli mərhələ adlandıran Əli Əhmədov Azərbaycanın dünyanın gənc dövlətlərindən biri olduğunu diqqətə çatdırdı, ölkəmizin qısa dövrdə böyük inkişaf yolu keçdiyini, insanların rifahının yüksəlməsi sayəsində mühüm layihələr reallaşdırdığını vurğuladı.

Baş nazirin müavini bildirdi ki, Azərbaycan təcrübəsi Dünya Skaut Hərəkatının inkişafına və müsbət dəyişikliklər axtarışına mühüm töhfə olacaq.

Daha sonra gənclər və idman naziri Azad Rəhimov tədbirin iştirakçılarını salamladı, 41-ci Dünya Skaut Konfransının əhəmiyyətini vurğuladı.

Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 41-ci Dünya Skaut Konfransına təbrik məktubunu oxudu.

Prezidentin məktubunda Azərbaycan cəmiyyətinin skaut hərəkatının ideallarını asan qəbul etdiyi vurğulanır. Bildirilir ki, “Müsbət dəyişikliklərə birlikdə” şüarı altında keçirilən konfrans ölkəmizdə hökm sürən multikulturalizm ideallarına uyğundur. Məktubda vurğulanır ki, bir çox mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkan olan Azərbaycan dialoqun mərkəzidir.

41-ci Dünya Skaut Konfransının açılış mərasimi atəşfəşanlıqla başa çatdı.

1news.az

Paylaş:
712

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlarBu gün, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHIBu gün, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLARBu gün, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnibBu gün, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaqBu gün, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşübBu gün, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14
Bütün xəbərlər