Poniçala qəsəbəsində daha bir azərbaycanlı həbs olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Poniçala qəsəbəsində daha bir azərbaycanlı həbs olunub

13:53 - 15 / 08 / 2017
Poniçala qəsəbəsində daha bir azərbaycanlı həbs olunub

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisinin Poniçala qəsəbəsində (azərbaycanlıların yaşadığı qəsəbə-red.) keçirilmiş xüsusi əməliyyatla bağlı məlumat yayıb.

1news.az APA-ya istinadla xəbər verir ki, əməliyyat-istintaq tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü E.C. narkotik vasitələrin satışı və saxlanılmasına görə həbs olunub.

Təqsirləndirilən şəxsin mütəmadi olaraq narkotik vasitə satdığı müəyyən olunub. Onun evində axtarış nəticəsində 4 bağlama heroin müsadirə edilib. 

Qeyd edək ki, Poniçala qəsəbəsində avqustun 12-də keçirilmiş xüsusi əməliyyat nəticəsində Nazim və Mahir Cəfərov qardaşları narkotik vasitələrin satışı və saxlanılmasına görə həbs olunublar.

1news.az

Paylaş:
712

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər