Külli miqdarda siqaretin satışa çıxarılmasının qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Külli miqdarda siqaretin satışa çıxarılmasının qarşısı alınıb

17:51 - 15 / 08 / 2017
Külli miqdarda siqaretin satışa çıxarılmasının qarşısı alınıb

Yevlax Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Mingəçevir şəhər sakininin idarə etdiyi OPEL SİGNUM markalı 66 BJ 720 dövlət nömrə nişanlı avtomobil Mingəçevir şəhəri Mərkəzi Bazar ərazisində gömrükçülər tərəfindən saxlanılıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, daha sonra sürücüyə qanunvericiliyin tələblərinə uyğun olaraq gömrük baxışı keçirilməsi üçün nəqliyyat vasitəsinin Yevlax Gömrük İdarəsinin inzibati binasının həyətinə aparılacağı bildirilib.

Lakin sürücü xidməti vəzifəsini yerinə yetirən gömrük əməkdaşlarının tələblərinə məhəl qoymayaraq avtomobilində yoxlama aparılmasına mane olmağa çalışıb.

Gömrük əməkdaşları təkrar qanunvericiliyin müvafiq müddəaları barədə izahat apardıqdan sonra vətəndaşın idarə etdiyi avtomobil özünün iştirakı ilə Yevlax Gömrük İdarəsinə gətirilərək nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin salonunda və yük yerində xarici ölkələrdə istehsal olunan və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan cəmi 29000 ədəd – “Manchester Nano Black”, “Cavallo Pure”, “Senator White Line”, “Senator Graand Virginia”, “GM Grand mark”, “Goldengate”, “GM Nano edition”, “Senator Aroma”, “Mac extra Philter”, “NZ”, “Cavallo Gino Ferrera”, “CK Canary” və “Kingdom” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
570

Son xəbərlər

ARDNF ötən ay satılan ABŞ dollarının məbləğini açıqladı02 / 07 / 2024, 17:50ADY sərnişin daşınmasını 20% artırıb02 / 07 / 2024, 17:40Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib02 / 07 / 2024, 17:33Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib02 / 07 / 2024, 17:27Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində hərəkət zolağı təşkil edilib02 / 07 / 2024, 17:15Azercell yeni Smartfon kampaniyasını təqdim edir!02 / 07 / 2024, 17:04ABB AKA Bankla müqavilə imzaladı02 / 07 / 2024, 17:02Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub02 / 07 / 2024, 16:58Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunub02 / 07 / 2024, 16:52Taksi sahəsində islahatlar - Tələbi qarşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRH02 / 07 / 2024, 16:43Bəzi bölgələrdə yağış yağıb, şimşək şaxıb - FAKTİKİ HAVA02 / 07 / 2024, 16:36Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqləyib02 / 07 / 2024, 16:00BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb02 / 07 / 2024, 15:52Azərbaycanla Tacikistan arasında imzalanmış üç saziş təsdiq edilib02 / 07 / 2024, 15:48“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər! - FOTO02 / 07 / 2024, 15:24Azərbaycanın müdafiə naziri Belarusa səfər edib02 / 07 / 2024, 15:18Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTO02 / 07 / 2024, 15:17Azərbaycanın Tailanddakı səfiri dəyişib02 / 07 / 2024, 14:48ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olundu02 / 07 / 2024, 14:34Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM02 / 07 / 2024, 14:05
Bütün xəbərlər