Cəbhəboyu zonada yerləşən bölmələrdəki mövcud şərait yoxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Cəbhəboyu zonada yerləşən bölmələrdəki mövcud şərait yoxlanılıb - FOTO

20:54 - 15 / 08 / 2017
Cəbhəboyu zonada yerləşən bölmələrdəki mövcud şərait yoxlanılıb - FOTO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Baş nazirin birinci müavini Yaqub Eyyubov və müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada mövcud vəziyyətlə yerində tanış olmaq məqsədilə ön xətdə yerləşən bölmələrdə olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, düşmənlə qarşıdurma xəttindəki bölmələrdə hərbi quluqçularla görüşən rəhbər heyətə döyüş şəraiti barədə məruzə edilib.

Baş nazirin birinci müavini və müdafiə naziri şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, onların qidalanması, əsgər yataqxanaları, sosial-məişət şəraiti və digər hərbi obyektlərlə tanış olublar.

Dövlətimizin başçısının Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyinə əminliyini bildirən rəhbər heyət burada hərbi qulluqçular üçün yaradılan şəraiti yüksək qiymətləndirib və şəxsi heyətlə birlikdə nahar edib.

Cəbhənin ön xəttində səfərdə olan Baş nazirin birinci müavini və müdafiə naziri, həmçinin burada yeni inşa edilən hərbi şəhərcikdə yerinə yetirilən işlərin gedişatını da yoxlayıblar.

Məruzə edilib ki, hərbi şəhərcikdə su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunmuş qərargah, əsgər yataqxanaları, yeməkxana, digər inzibati bina və qurğularla yanaşı, hərbi qulluqçuların yüksək səviyyədə xidməti-döyüş fəaliyyəti göstərmələrini təmin etmək məqsədilə müvafiq məişət və ictimai iaşə kompleksləri, tibb məntəqəsi və digər infrastruktur obyektləri də nəzərdə tutulub.

Görülən işlərə baxış keçirildikdən sonra inşaat işlərinin keyfiyyətli yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

1news.az

Paylaş:
745

Son xəbərlər

Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07
Bütün xəbərlər