Ağstafada 3, Qazaxda 5 otaqlı ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağstafada 3, Qazaxda 5 otaqlı ev yanıb

12:14 - 15 / 08 / 2017
Ağstafada 3, Qazaxda 5 otaqlı ev yanıb

Bu gün gecə saatlarında Ağstafa rayonunda evlərdən birində güclü yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ağstafa rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 m² olan kürsülu, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 100 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, Qazax rayonu, Birinci Şıxlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m² olan kürsülu birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Babək Cahandarov

Paylaş:
677

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər