Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır

Azərbaycan əhalisinin sayı 2017-ci ilin əvvəlindən 40 096 nəfər və ya 0,4 faiz artaraq 9 850 077 nəfərə çatıb.
1news.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumi əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Əhalinin bir kvadratkilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.
S.Xankişiyeva
816