“Qarabağ” “Kopenhagen”lə ilk sınağına çıxır | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” “Kopenhagen”lə ilk sınağına çıxır

13:24 - 15 / 08 / 2017
“Qarabağ” “Kopenhagen”lə ilk sınağına çıxır

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçlarına start veriləcək.

1news.az-ın məlumatına görə, Azərbaycan futbolu tarixində ilk dəfə ölkəmiz bu raundda təmsil olunacaq.

Belə ki, ardıcıl 4 dəfə ölkə çempionu olan “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində qrupa düşmək uğrunda mübarizədə Danimarka təmsilçisi “Kopenhagen”lə ilk çətin oyununa çıxacaq.

Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, “Qarabağ”la “Kopenhagen” arasında cavab oyunu avqustun 23-də keçiriləcək. Cütün qalibi Çempionlar Liqası, məğlub komanda isə Avropa Liqasının qrupunda oynayacaq.

Çempionlar Liqası

Pley-off mərhələsi

İlk oyun

15 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka)

Baş hakim: Paolo Taqliavento

Baş hakimin köməkçiləri: Alessandro Qiallatini, Alessandro Kostanza

Əlavə hakim köməkçiləri: Massimiliano İrrati, Antonio Damato

Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya)

Hakim-inspektor: Frits Stuçlik (Avstriya)

UEFA nümayəndəsi: Andrey Medintsev (Bolqarıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Babək Cahandarov

Paylaş:
997

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər