İstilərə möhtəşəm cavab - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İstilərə möhtəşəm cavab - FOTO

11:45 - 16 / 08 / 2017
İstilərə möhtəşəm cavab - FOTO

Son günlərdə Bakıda müşahidə edilən inanılmaz dərəcə isti havalar hər kəsi oazis axtarışına düşməyə məcbur edir.

Evdə də, iş yerimizdə də fasiləsiz işləyən kondisioner bizim üçün normaya çevrilir, şəhər sakinlərinin və qonaqların aktiv istirahəti isə yalnız axşam saatlarında başlayır.

Temperaturun maksimal vaxtlarında çölə çıxdıqda isə ən rahat və tez hərəkət üsulu axtarırsınız. Bu rahatlıq barədə sizin yerinizə öncədən tədbir görüldükdə və bütün bunlar sadəcə sizə xoşbəxt anlar bəxş etmək üçün edildikdə bu, daha da xoş olur.

Söhbət 189TAXI və LAZZMASTER-in birgə aksiyası olan FREEZE TIME-dan gedir. Bu aktivlik çərçivəsində 189TAXI-nin beş taksisində hər gün saat 12:00-dan 19:00-a qədər hər bir sərnişinə LAZZMASTER-dən premium dondurma hədiyyə edilir.

Aksiya artıq bir aydan çoxdur ki, davam edir və bu müddət ərzində 1600-dən çox insan həmin sərin sürprizin iştrakçısı olub. Bu dadlı hədiyyədən əlavə bu aktivliyin təsadüfi iştirakçılarına 100 manatlıq gedişhaqqı qazanmaq üçün müsabiqədə də iştirak etmək təklif olunur. Bu müsabiqənin yekun nəticələri avqustun sonunda elan olunacaq və təsadüfi seçilmiş qalib 189TAXI şirkətinin ofisinə dəvət alacaq.

189TAXI şirkətindən bildirilib ki bu, pilot layihədir və növbəti illər ərzində bu təcrübədən yararlanaraq maşınlarının sayının və aksiyanın keçirilmə müddətinin artırılması planlaşdırılır.

Qeyd edək ki, 189TAXI şirkəti Azərbaycanda ilk və ən böyük taksi xidmətidir. 9 illik fəaliyyəti ərzində 189TAXI brendinin tərkibində olan maşınların sayı minlərlədir, müştərilər üçün isə 10-dan çox daşınma xidməti növü təklif olunur.

Ən son yeniliklərdən biri bütün gedişlər haqqında məlumatların əks etdirildiyi  "Şəxsi Kabinet" funksiyasının hər kəs üçün aktiv edilməsi oldu. Beləki istənilən istifadəçi mobil nömrəsi ilə qeydiyyatdan keçərək bugünə qədərki sifarişlərinin tarixçəsini görə, xərclərinə nəzarət edə bilər.

Güman edirik ki, yayın qalan günlərində bu sürprizdən daha çox insan həzz ala biləcək və ölkəmizdə bənzər maraqlı aksiyaların sayı daha da artacaq.

Reklam hüququnda

Paylaş:
1080

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər