Naxçıvanda erkən eneolit dövrünə aid yaşayış yeri aşkar edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda erkən eneolit dövrünə aid yaşayış yeri aşkar edilib – FOTO

16:53 - 16 / 08 / 2017
Naxçıvanda erkən eneolit dövrünə aid yaşayış yeri aşkar edilib – FOTO

Cari ilin avqust ayından etibarən Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası arxeoloji araşdırmalara başlayıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, ekspedisiyaya AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Fransanın Elmi Araşdırmalar Mərkəzinin (CNRS), həmçinin, Lion-2 Lümyer Universitetinin Aralıq dənizi və Şərq üzrə araşdırmalar Mərkəzinin tədqiqatçısı, arxeoloq, doktor  Catherine Marron rəhbərlik edirlər.

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin verdiyi məlumata görə, beynəlxalq arxeoloji ekspedisiyanın əsas məqsədi qədim əkinçilik mədəniyyətlərinin formalaşması prosesini və qədim insanların ətraf aləmlə tanışlığını öyrənmək, iqtisadi-mədəni əlaqələrin istiqamətini müəyyənləşdirməkdən ibarətdir.

V.Baxşəliyevin bildirdiyinə görə, tədqiqat mövsümünün ilk günlərindən Eneolit dövrünün erkən mərhələsinə aid yaşayış yerinin aşkar olunması olduqca maraq doğurub. Yaşayış yerinin keramika məmulatı arasında boyalı qablar da var. Maddi-mədəniyyət nümunələri ölkəmizin qədim sakinlərinin Yaxın Şərq ölkələri ilə əlaqələrini öyrənməyə, Eneolit dövrünün ardıcıl inkişaf mərhələlərini müəyyənləşdirməyə imkan verir.

Tədqiqat zamanı aşkar olunan maddi-mədəniyyət nümunələrinin bir qismi obsidian alətlərdən ibarətdir. Hazırda araşdırmalar davam etdirilməkdədir.

AMEA-nın müxbir üzvü V.Baxşəliyev xüsusi olaraq vurğulayıb ki, aşkar edilən maddi-mədəniyyət nümunələri Azərbaycan alimləri ilə yanaşı, Fransa, Almaniya, İtaliya, Türkiyə, Macarıstan və Avstraliyadan gələn mütəxəssislər tərəfindən tədqiq edilməkdədir.

Babək Cahandarov

Paylaş:
594

Son xəbərlər

İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edibBu gün, 09:07Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:03Ötən ay dövlət sərhədini pozduğuna görə saxlanılanların sayı açıqlandıBu gün, 08:56ARDNF ötən ay satılan ABŞ dollarının məbləğini açıqladı02 / 07 / 2024, 17:50ADY sərnişin daşınmasını 20% artırıb02 / 07 / 2024, 17:40Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib02 / 07 / 2024, 17:33Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib02 / 07 / 2024, 17:27Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində hərəkət zolağı təşkil edilib02 / 07 / 2024, 17:15Azercell yeni Smartfon kampaniyasını təqdim edir!02 / 07 / 2024, 17:04ABB AKA Bankla müqavilə imzaladı02 / 07 / 2024, 17:02Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub02 / 07 / 2024, 16:58Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunub02 / 07 / 2024, 16:52Taksi sahəsində islahatlar - Tələbi qarşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRH02 / 07 / 2024, 16:43Bəzi bölgələrdə yağış yağıb, şimşək şaxıb - FAKTİKİ HAVA02 / 07 / 2024, 16:36Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqləyib02 / 07 / 2024, 16:00BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb02 / 07 / 2024, 15:52Azərbaycanla Tacikistan arasında imzalanmış üç saziş təsdiq edilib02 / 07 / 2024, 15:48“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər! - FOTO02 / 07 / 2024, 15:24Azərbaycanın müdafiə naziri Belarusa səfər edib02 / 07 / 2024, 15:18Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTO02 / 07 / 2024, 15:17
Bütün xəbərlər