Azərbaycan Güləş Federasiyası Semyon Çterevlə əməkdaşlığı bitirib | 1news.az | Xəbərlər
İdman

Azərbaycan Güləş Federasiyası Semyon Çterevlə əməkdaşlığı bitirib

18:15 - 16 / 08 / 2017
Azərbaycan Güləş Federasiyası Semyon Çterevlə əməkdaşlığı bitirib

Azərbaycan Güləş Federasiyası müqavilə müddəti başa çatdığından qadın güləşi üzrə yığma komandanın baş məşqçisi Semyon Çterevlə əməkdaşlığı bitirib.

Azərbaycan Güləş Federasiyasından 1news.az-a verilən məlumata görə, bu səbəbdən, qadın güləşi üzrə yığmamız Parisdə keçiriləcək Dünya çempionatında böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında çıxış edəcək.

Xatırladaq ki, bolqarıstanlı mütəxəssis 2014-cü ilin noyabrından etibarən qadın güləşi üzrə yığma komandaya rəhbərlik edirdi.

Babək Cahandarov

Paylaş:
875

Son xəbərlər

Bütün xəbərlər