Bir qrup hərbi qulluqçu şəhid mayorun ailəsinə baş çəkib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir qrup hərbi qulluqçu şəhid mayorun ailəsinə baş çəkib - FOTO

19:24 - 16 / 08 / 2017
Bir qrup hərbi qulluqçu şəhid mayorun ailəsinə baş çəkib - FOTO

Avqustun 16-da bir qrup hərbi qulluqçu işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş mayor Elnur Əliyevin ad günündə onun ailəsinə baş çəkib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Füzuli rayonunda keçirilən tədbirdə hərbi hissənin zabitləri, qoşun təcrübəsində olan kursantlar, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət edilib. Elnur Əliyevin, eləcə də bütün şəhidlərin ruhuna dualar oxunub, şəhid olmuş Vətən övladlarının xatirəsi yad olunub.

E.Əliyevin ailə üzvlərinə Müdafiə Nazirliyinin rəhbərliyi və onunla birlikdə xidmət etmiş hərbi qulluqçular adından başsağlığı çatdırılıb, şəhidlərimizin qisasının daim alındığı və düşmənə hər an layiqli cavab verildiyi qeyd olunub.

Sonra şəhidin valideynlərinin yaşadığı ünvanda görüş keçirilib.

Şəhidin ailə üzvləri və tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

1news.az

Paylaş:
683

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər