Xəzərin Xərə Zirə adasında elmi tədqiqatlar aparılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzərin Xərə Zirə adasında elmi tədqiqatlar aparılıb - FOTO

20:29 - 16 / 08 / 2017
Xəzərin Xərə Zirə adasında elmi tədqiqatlar aparılıb - FOTO

Azərbaycanda son 80 ildə ilk dəfə olaraq, Xəzərin Xərə Zirə adası da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) alimlərinin elmi tədqiqatlarının obyektinə çevrilib.

1news.az-ın məlumatına görə, AMEA-nın Zoologiya və Neft və Qaz institutları tərəfindən başlanılan, AMEA tarixində böyük elmi hadisə sayılan bu tədqiqatlar Çilov, Xərə Zirə, Kür dili, Böyük Tava, Kiçik Tava, Gil adaları daxil olmaqla, Bakı və Abşeron yarımadasının arxipelaq adalarını əhatə edəcək.

20 nəfərlik ekspedisiya qrupuna geoloqlar, torpaqşünaslar, landşaftşünaslar, geobotaniklər daxildir.

Tədqiqatların aparılması üçün birinci elmi ekspedisiya Çilov, ikinci ekspedisiya bu günlərdə Xərə Zirə adasına təşkil olunub.

Qeyd edək ki, 2 il müddətində aparılacaq tədqiqatlar zamanı Bakı və Abşeron yarımadasının arxipelaq adalarının torpaq əmələ gəlmə prosesi, vulkanizm, fauna və florası öyrənilir.

Neft və Qaz İnstitutu adalarda torpaq əmələ gəlmə prosesini, vulkanizmi, Zoologiya İnstitutu isə adaların flora, fauna və landşaftlarını öyrənir.  80 faizi vulkan mənşəli olan adaların fauna və florası demək olar ki, indiyədək heç vaxt öyrənilmədiyindən bu tədqiqatların aparılmasının Azərbaycan elmi üçün olduqca böyük elmi əhəmiyyəti var.

Ekspedisiyalar zamanı ilk dəfə olaraq, dron aparatından istifadə edilib. Dron aparatı vasitəsilə ərazinin monitorinqi aparılıb, şəkilləri çəkilib. 1 həftə ərzində gəzərək əldə oluna bilən məlumatlar dron vasitəsilə 15 dəqiqəyə toplanılıb. 

1news.az

Paylaş:
1629

Son xəbərlər

ARDNF ötən ay satılan ABŞ dollarının məbləğini açıqladı02 / 07 / 2024, 17:50ADY sərnişin daşınmasını 20% artırıb02 / 07 / 2024, 17:40Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib02 / 07 / 2024, 17:33Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib02 / 07 / 2024, 17:27Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində hərəkət zolağı təşkil edilib02 / 07 / 2024, 17:15Azercell yeni Smartfon kampaniyasını təqdim edir!02 / 07 / 2024, 17:04ABB AKA Bankla müqavilə imzaladı02 / 07 / 2024, 17:02Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub02 / 07 / 2024, 16:58Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunub02 / 07 / 2024, 16:52Taksi sahəsində islahatlar - Tələbi qarşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRH02 / 07 / 2024, 16:43Bəzi bölgələrdə yağış yağıb, şimşək şaxıb - FAKTİKİ HAVA02 / 07 / 2024, 16:36Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqləyib02 / 07 / 2024, 16:00BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb02 / 07 / 2024, 15:52Azərbaycanla Tacikistan arasında imzalanmış üç saziş təsdiq edilib02 / 07 / 2024, 15:48“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər! - FOTO02 / 07 / 2024, 15:24Azərbaycanın müdafiə naziri Belarusa səfər edib02 / 07 / 2024, 15:18Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTO02 / 07 / 2024, 15:17Azərbaycanın Tailanddakı səfiri dəyişib02 / 07 / 2024, 14:48ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olundu02 / 07 / 2024, 14:34Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM02 / 07 / 2024, 14:05
Bütün xəbərlər