Kənd təsərrüfatının ümumi məhsulu 1,2 faiz artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kənd təsərrüfatının ümumi məhsulu 1,2 faiz artıb

23:27 - 16 / 08 / 2017
Kənd təsərrüfatının ümumi məhsulu 1,2 faiz artıb

Bu ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 3 milyard 688,7 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən 1news.az-a verilən məlumata görə, onun 1 milyard 948,0 milyon manatı heyvandarlıq, 1 milyard 740,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,2 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 3 faiz artıb, bitkiçilik məhsullarının istehsalı isə 0,8 faiz azalıb.

1news.az

Paylaş:
794

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər