Saatlıda 4 otaqlı evdə yanğın olub

Saatlı rayonunda yerləşən evlərdən birində yanğın olub.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə sözügedən rayonun Mollavazlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakininə məxsus ümumi sahəsi 154 m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün və 2 otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 80 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Babək Cahandarov
602