“Barselona”da ciddi itki: 1 ay oynamayacaq | 1news.az | Xəbərlər
Futbol

“Barselona”da ciddi itki: 1 ay oynamayacaq

18:38 - 17 / 08 / 2017
“Barselona”da ciddi itki: 1 ay oynamayacaq

İspaniya Superkubokunda “Real”la oyunda zədələnən “Barselona”nın futbolçusu Luis Suaresin durumuna aydınlıq gəlib.

1news.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, dizindən zədə alan uruqvaylı hücumçu bu gün tibbi müayinədən keçib. Məlum olub ki, o, bir ay meydana çıxa bilməyəcək.

Bununla da 30 yaşlı forvard La Liqada 4 oyunu ("Betis", "Alaves", "Espanyol", "Xetafe") buraxmalı olacaq. O həmçinin, DÇ-2018-in seçmə mərhələsində Argentina və Paraqvayla oyunlarda da milli komandasına kömək edə bilməyəcək.

1news.az

Paylaş:
899

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər