Ölkəyə qanunsuz yolla mobil telefon keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkəyə qanunsuz yolla mobil telefon keçirilməsinin qarşısı alınıb

19:07 - 17 / 08 / 2017
Ölkəyə qanunsuz yolla mobil telefon keçirilməsinin qarşısı alınıb

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “BMW” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının içərisindən gömrük nəzarətindən gizlədilən və hər hansı aksesuarı olmayan 39 ədəd "H-Mobile" markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
831

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər