UEFA Maksim Medvedevlə bağlı qərarı açıqladı
UEFA "Kopenhagen"in "Qarabağ"ın futbolçusu Maksim Medvedevlə bağlı etdiyi şikayətə baxıb.
1news.az-ın Danimarka klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Kopenhagen”in etirazı rədd edilib və Maksimə hər hansı bir cəza verilməyib.
Qeyd edək ki, “Kopenhagen” Bakıdakı görüşdə Maksim Medvedevin Pyer Benqtssonun sifətinə qəsdən zərbə endirdiyini iddia edərək, onun qırmızı vərəqə ilə cəzalandırılmasını tələb edirdi.
1news.az
674