Bakı konfransı Dünya Skaut Hərəkatının inkişafına mühüm töhfə verəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı konfransı Dünya Skaut Hərəkatının inkişafına mühüm töhfə verəcək

11:11 - 17 / 08 / 2017
Bakı konfransı Dünya Skaut Hərəkatının inkişafına mühüm töhfə verəcək

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı işini uğurla davam etdirir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, konfrans iştirakçıları skaut hərəkatının inkişafı ilə bağlı səmərəli müzakirələr aparır, önəmli qərarlar qəbul edirlər.

Azərbaycanda və bütövlükdə Avrasiya regionunda ilk dəfə keçirilən bu konfrans iştirakçıların və dünyanın hər yerindən təmsil olunan milli skaut təşkilatlarının rekord sayına görə əvvəlkilərdən fərqlənir.

Konfransın plenar sessiyasında BMT-nin qlobal təhsil üzrə xüsusi nümayəndəsi Qordon Braunun videomüraciəti yayımlanıb. Videomüraciətdə qeyd olunub ki, skaut hərəkatı beynəlxalq aləmdə gənclərin əsas təhsil hərəkatına çevrilməli və bu istiqamətdə daha çox təbliğat işləri aparılmalıdır.

Dünya Skaut Konfransının müxtəlif ölkələrdən olan iştirakçıları beynəlxalq tədbirin yüksək səviyyədə təşkil edilməsini minnətdarlıqla qeyd edir, Azərbaycanda gördükləri qonaqpərvərlikdən məmnunluqlarını bildirirlər.

Konfransın Finlandiyadan olan iştirakçısı Lasse Roiha:

-Bakıda keçirilən 41-ci Dünya Skaut konfransı yüksək səviyyəli təşkilatçılığı, iştirakçıların çoxluğu, müzakirələrin səmərəliliyi ilə seçilir. Tədbirin keçirildiyi məkan - Bakı Konqres Mərkəzi çox gözəldir. Burda skautlar üçün əlverişli şərait yaradılıb. Əminəm ki, Bakı konfransı Dünya Skaut Hərəkatının inkişafına mühüm töhfə verəcək.

Qvatemalanı təmsil edən Rikardo Vaqner:

-Dünya Skaut Konfransının Bakıda keçirilməsindən çox şadam. Təşkilatçılıq yüksək səviyyədədir. İştirakçıların rahat şəkildə müzakirə aparmaları üçün hər cür şərait yaradılıb. Azərbaycan dövləti belə mühüm beynəlxalq tədbirlərin keçirilməsində yaxşı təcrübəyə malikdir. Xəzər dənizi sahilində yerləşən Bakıda olmağımdan çox məmnunam. Azərbaycanda gedən inkişaf proseslərinin şahidi oldum.

Braziliyalı skaut Arcangelo Safanelli:

-Konfransda skautların gələcək inkişaf strategiyalarını müzakirə edirik. Ən əsası yaxşı ünsiyyətlər qururuq. Azərbaycanlı skautlarla da tanış olmuşuq və dostluq əlaqələri yaratmışıq. Bu əlaqələri inkişaf etdirəcəyik.

Danimarka təmsilçisi Morten Trampedak:

-Bakı skautların beynəlxalq konfransına uğurla ev sahibliyi edir. Müxtəlif ölkələrdən gələn skautlar burada çox faydalı müzakirələr aparırlar. Bizə yaradılan şəraitdən çox razıyıq. Düşünürəm ki, Azərbaycanın dünyaya tanıdılması üçün bu cür böyük tədbirlərin Bakıda keçirilməsi düzgün addımdır.

Pakistanlı skaut Sajjad Masood

-Azərbaycan Pakistan üçün qardaş ölkədir. Ona görə biz burada özümüzü vətənimizdəki kimi hiss edirik. Xalqlarımız arasında dostluq, qardaşlıq münasibətləri mövcuddur. Mən Azərbaycanda bir neçə dəfə olmuşam. Hər dəfə də ecazkar təbiətiniz məni heyrətləndirir. Bakı gözəl və təmiz şəhərdir. Konfransda yüksək əhval-ruhiyyə hökm sürür. Təşkilatçılıq yüksək səviyyədədir. Azərbaycan beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edir. Biz dəfələrlə bunun şahidi olmuşuq.

Hindistanı təmsil edən Skaut Azan Abzari:

-İlk dəfədir Azərbaycandayam. İşimiz çox olsa da asudə vaxtımızda şəhərlə tanış oluram. Bakını çox bəyəndim. Düzü Bakının belə gözəl şəhər olduğunu təsəvvür etmirdim. Azərbaycanın digər şəhərlərinə də səyahət etmək istəyirəm. Belə irimiqyaslı konfransın yüksək səviyyədə təşkil edilməsi də məni heyrətləndirdi. Təşkilatçılıq mükəmməldir.

Moldovalı Natalia Curusi:

-Mən Azərbaycan haqqında çox eşitmişdim və buraya gəlməyi çox istəyirdim. Hava limanından çıxan kimi məni mehribanlıqla qarşıladılar. Yolboyu Bakının şəhərin gözəlliyinə və təmizliyinə heyran oldum. İnsanlarınız çox qonaqpərvər və dostsevərdir. Konfransa yüksək səviyyədə təşkil edilib. Bu tədbir Dünya Skaut Hərəkatının inkişafında mühüm rol oynayacaq.

S.Xankişiyeva

Paylaş:
545

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlarBu gün, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHIBu gün, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLARBu gün, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnibBu gün, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaqBu gün, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşübBu gün, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14
Bütün xəbərlər