Magistraturanın boş qalan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Magistraturanın boş qalan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı başlayıb

11:36 - 17 / 08 / 2017
Magistraturanın boş qalan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı başlayıb

Avqustun 17-dən ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrların təhsil müəssisələrinə qeydiyyatı başlayıb.

1news.az-ın Dövlət İmtahan Mərkəzinə istinadən verdiyi xəbərə görə, qeydiyyat avqustun 25-dək davam edəcək. Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar həmin müddətdə sənədlərini qəbul olduqları təhsil müəssisələrinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Bu müddət ərzində qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Xatırladaq ki, bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 7 min 703 plan yeri ayrılıb və müsabiqənin nəticələrinə əsasən, 6 min 361 bakalavr (Azərbaycan bölməsi üzrə 5 min 826, rus bölməsi üzrə 535) magistratura səviyyəsinə qəbul olunub.

Babək Cahandarov

Paylaş:
596

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər