İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

15:56 - 18 / 08 / 2017
İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İdarənin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, yoxlama zamanı həmin şəxsin daxili orqanı-düz bağırsağından 2 ədəd bükümdə xalis çəkisi 11,05 qram olan narkotik vasitə heroin və 1 ədəd bükümdə xalis çəkisi 1,3 qram olan psixotrop maddə-metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
554

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər