“Akkord” Korporasiyası daha bir beynəlxalq layihənin qalibi oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

“Akkord” Korporasiyası daha bir beynəlxalq layihənin qalibi oldu

19:15 - 18 / 08 / 2017
“Akkord” Korporasiyası daha bir beynəlxalq layihənin qalibi oldu

Gürcüstan Respublikasının Birləşmiş Su Təchizatı Şirkəti Çiatura şəhərinin Su Sistemləri Şəbəkəsinin yenidənqurulmasının həyata keçirilməsi üzrə tender keçirib.

1news.az-ın məlumatına görə, dəyəri 15,3 milyon ABŞ dolları olan tenderin qalibi Azərbaycan şirkəti olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC olub. 16.08.2017-ci il ildə Tibilisi şəhərində Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdiriləcək layihənin imzalanma mərasimi keçirilib. Müqaviləni Gürcüstan Respublikasının Birləşmiş Su Təchizatı şirkətinin direktoru Georgi Kobaridze, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin səlahiyyətli nümayəndəsi Alik Cəfərov imzalayıb.

Qeyd edək ki, 20 iyul 2017-ci ildə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Qazaxıstan Respublikasında ümumi dəyəri 70 milyon dollar olan Kurty-Burilbaytal yolunun iki lotunun inşası üzrə tenderin qalibi olub.

1news.az

Paylaş:
850

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər