Azərbaycan – San-Marino oyununun yeri dəyişdirildi | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan – San-Marino oyununun yeri dəyişdirildi

19:57 - 18 / 08 / 2017
Azərbaycan – San-Marino oyununun yeri dəyişdirildi

DÇ-2018-in seçmə mərhələsində Bakıda keçiriləcək Azərbaycan – San Marino oyununun stadionu dəyişdirilib.

1news.az-ın məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qarşılaşmanın əvvəlcə Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulmuşdu. “Bakcell Arena”da UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarının keçirilməyəcəyini, IV İslam Həmrəyliyi Oyunlarından sonra Bakı Olimpiya Stadionunda milli komandamızın oyunu üçün hazırlıq prosesinin tam yekunlaşmadığını nəzərə alaraq, AFFA Azərbaycan – San Marino qarşılaşmasının “Bakcell Arena”da təşkil olunması ilə əlaqədar UEFA-ya müraciət edib və müraciət müsbət cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan – San Marino oyunu sentyabrın 4-də keçiriləcək.

1news.az

Paylaş:
996

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər