Hikmət Hacıyev: Azərbaycan terrorizmdən əziyyət çəkən dövlət kimi terrorizmi kəskin şəkildə qınayır | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Azərbaycan terrorizmdən əziyyət çəkən dövlət kimi terrorizmi kəskin şəkildə qınayır

10:40 - 18 / 08 / 2017
Hikmət Hacıyev: Azərbaycan terrorizmdən əziyyət çəkən dövlət kimi terrorizmi kəskin şəkildə qınayır

İspaniyanın Barselona şəhərində törədilmiş terror  aktlarını qəti şəkildə pisləyirik.  Terror hücumları nəticəsində həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

“Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır.

Barselonada törədilmiş terror hücumları ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İspaniya kralı VI Felipeyə başsağlığı məktubu ünvanlayıb. Xarici işlər naziri Elmar Məmmədyarov da İspaniya Krallığının xarici işlər naziri Alfonso María Dastisə başsağlığı məktubu göndərib”.    

Mövzu ilə əlaqədar oxuyun:

İlham Əliyev İspaniya kralına başsağlığı verib

Barselonada terror aktı nəticəsində xəsarət alanların sayı 119 nəfərə çatıb – FOTO - YENİLƏNİB

S.Xankişiyeva

Paylaş:
1681

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər