Nargiz Mall-da yeni mağazanın açılışında görünməmiş qarşıqlıq yarandı - VİDEO - FOTO

Bu yaxınlarda Nargiz Mall ticarət və əyləncə mərkəzində yeni outlet mağazasının açılışı paytaxt sakinləri arasında qarşıqlığa səbəb olub.
1news.az xəbər verir ki, hadisə şahidlərinin hazırladığı videoda çoxsaylı insanın mağazanın açılışını gözlədiyini və mağaza açılan kimi tələsik içəri daxil olduqları görünür.
Məlumatlara görə, açılışdan bir neçə saat sonra görünməmiş sayda insan axını və alıcılar arasında baş verən dava-dalaş qarşı tərəfi vəziyyəti tənzimləmək üçün yalnız yeni mağazanı deyil, bütün alış-veriş mərkəzini bağlamaq məcburiyyətində qoyub.
Növbəti gün isə mağazanın işi bərpa olunub.
1news.az
11110