"Avtobus sürücüsünü silahla hədələyən şəxsin kimliyi müəyyənləşib" - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

"Avtobus sürücüsünü silahla hədələyən şəxsin kimliyi müəyyənləşib" - VİDEO

12:31 - 19 / 08 / 2017
"Avtobus sürücüsünü silahla hədələyən şəxsin kimliyi müəyyənləşib" - VİDEO

Daxili İşlər Nazirliyi Bakıda marşrut avtobusunda sərnişinin sürücüyə silah çəkməsi ilə bağlı yayılan video-görüntülərə münasibət bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, avqustun 18-də saat 20 radələrində Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə zəng edən şəxs A.Məmmədov küçəsindəki dayanacaqda 85 saylı xətt avtobusuna minmiş naməlum şəxsin üzərində olan tapança ilə sürücüyə hədə-qorxu gəlməsini bildirib.
 
Dərhal görülən tədbirlərlə sürücü Şamaxı rayon sakini Gülağa Xudaverdiyevə qarşı odlu silaha bənzər əşya nümayiş etdirməklə xuliqanlıq edənin şəxsiyyəti müəyyənləşib və hazırda onun yaxalanması üçün zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi başlanılıb. Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

1news.az

 

 

 

Paylaş:
1506

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər