Tovuzda kəl bir qadını öldürüb, digərini yaralayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda kəl bir qadını öldürüb, digərini yaralayıb

13:08 - 19 / 08 / 2017
Tovuzda kəl bir qadını öldürüb, digərini yaralayıb

Ötən gün Tovuz rayonunun Sarıtala kəndində bədbəxt hadisə baş verib.

1news.az APA-ya istinadla xəbər verir ki, kənddə camış fermasında çalışan 1968-ci il təvəllüdlü Məryəm Paşayevaya kəl (erkək camış) hücum edib.

Bu zaman M. Paşayevanın qohumu olan 1957-ci təvəllüdlü Gədəbəy sakini Quliyevə Maniə Saat qızı kəli ayırmaq istəyib. Ancaq kəl buynuzu ilə M. Quliyevanın boyun damarını partladıb və qadın hadisə yerində ölüb.

 Xəsarət alan M. Paşayeva isə Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb.

1news.az

Paylaş:
1892

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər