Cüdoçumuz Universiada da Azərbaycana ilk qızıl medalı qazandırdı | 1news.az | Xəbərlər
İdman

Cüdoçumuz Universiada da Azərbaycana ilk qızıl medalı qazandırdı

15:50 - 20 / 08 / 2017
Cüdoçumuz Universiada da Azərbaycana ilk qızıl medalı qazandırdı

Taypey şəhərində keçirilən tələbələrin Universiadasında cüdo yarışlarına start verilib.

1news.az-ın Azərbaycan Cüdo Federasiyasından verilən xəbərə görə, oyunların ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

Ölkəmizi 100 kq çəki dərəcəsində təmsil edən Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək universiadanın qalibi adına layiq görülüb. Cüdoçumuz Almaniya, Latviya, Bosniya-Herseqovina, Rusiya və Yaponiya idmançılarına qalib gələrək qızıl medal qazanıb.

Taypeydə Azərbaycan cüdoçusunun şərəfinə dövlət himnimiz səsləndirilib və üç rəngli bayrağımız qaldırılıb.

S.Xankişiyeva

Paylaş:
1048

Son xəbərlər

Bütün xəbərlər