“Neftçi”nin baş məşqçisi istefa verib | 1news.az | Xəbərlər
Futbol

“Neftçi”nin baş məşqçisi istefa verib

13:47 - 21 / 08 / 2017
“Neftçi”nin baş məşqçisi istefa verib

“Neftçi” klubu baş məşqçisi Elxan Abdullayevlə yolları ayırıb.

1news.az-ın klubun saytına istinadən xəbər verir ki, 47 yaşlı çalışdırıcı bu gün vəzifəsindən istefa verib.

Belə ki, istefa ərizəsi ilə "Neftçi” rəhbərliyinə müraciət edən mütəxəssisin istəyi qəbul edilib.

“Neftçi” Elxan Abdullayevə klub üçün etdiklərinə görə minnətdarlıq edərək, ona gələcək işlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Abdullayev ötən ildən "ağ-qaralar"ı çalışdırırdı. 

Babək Cahandarov

Paylaş:
841

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər