Kənd təsərrüfatı naziri Qərb rayonlarının sakinləri ilə görüşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Kənd təsərrüfatı naziri Qərb rayonlarının sakinləri ilə görüşəcək

15:34 - 21 / 08 / 2017
Kənd təsərrüfatı naziri Qərb rayonlarının sakinləri ilə görüşəcək

Kənd təsərrüfatı naziri Heydər Əsədov  25 avqust tarixində  Şəmkir rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında  Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax  rayonlarının sakinləri ilə görüşəcək.  

1news.az-ın məlumatına görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Şəmkir  Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-364-44-80) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Babək Cahandarov

Paylaş:
622

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər