Dövlət Komitəsi ABŞ Dövlət Departamentinin Azərbaycanda din azadlığına dair hesabatına etirazını bildirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsi ABŞ Dövlət Departamentinin Azərbaycanda din azadlığına dair hesabatına etirazını bildirib

19:26 - 21 / 08 / 2017
Dövlət Komitəsi ABŞ Dövlət Departamentinin Azərbaycanda din azadlığına dair hesabatına etirazını bildirib

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Villiam Solley ilə görüşüb.

Komitənin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, qonağı salamlayan sədr müavini ölkəmizdəki dini durum barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlərboyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınır. Respublikamızda islam və qeyri-islam dini icmalara fəaliyyətlərinin genişləndirilməsi, vicdan azadlığının təmin edilməsi məqsədilə dövlət tərəfindən mütəmadi olaraq qayğı göstərilir, maliyyə yardımı ayrılır.

S.Heydərov qeyd edib ki, ABŞ Dövlət Departamentinin son günlərdə Azərbaycanda din azadlığına dair açıqladığı illik hesabatda dini durumdakı pozitiv məqamları əks etdirən bəzi məlumatların yer almasından məmnunuq. Lakin bununla yanaşı, hesabatda həqiqəti əks etdirməyən bir sıra məlumatlar da yer alıb. Sədr müavini real faktlara əsaslanmayan həmin məlumatlar ətrafında Dövlət Komitəsinini rəhbərliyi ilə ABŞ səfirliyi arasında dəfələrlə müzakirələrin aparıldığı, bu hallara aydınlıq gətirilməsinə baxmayaraq, onların yenidən hesabatda yer almasından təəssüfləndiyini diqqətə çatdırıb.

Gürüşün sonunda səmimi qəbula görə təşəkkürünü bildirən V.Solley həll olunmuş bəzi məsələlərin yenidən hesabatda irad kimi qeyd olunmasından təəccübləndiyini bildirib, eyni zamanda, belə qeyri-obyektiv məlumatların yayılmasının qarşısının alınması üçün əməkdaşlığın və müzakirələrin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

1news.az

Paylaş:
675

Son xəbərlər

39 dərəcə isti olacaq - Şənbə gününün havası açıqlandıBu gün, 12:46Qaraçuxurda bir həftəlik körpə küçəyə atıldıBu gün, 12:293 nazirlik meşə yanğınları ilə bağlı əhaliyə müraciət etdi - FOTOBu gün, 12:12Çin yük avtomobilləri Orta Dəhlizdən istifadə etməyə başlayıblarBu gün, 12:02“Neftçi” işçilərə yemək dəstəyini dayandırır - FOTOBu gün, 11:58Bakının Mikayıl Müşfiq küçəsində hərəkət tam məhdudlaşdırılacaqBu gün, 11:52Polis Yasamalda vətəndaşın evinə zərər vuran şirkətin söküntü işlərini dayandırıb - VİDEOBu gün, 11:41İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edibBu gün, 11:37Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!Bu gün, 11:28İranda prezident seçkiləri keçirilirBu gün, 11:25Azərbaycan və Kamerun Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıbBu gün, 11:21“İsa bulağı” istirahət kompleksinin açılışı olubBu gün, 10:54İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin edilibBu gün, 10:44Bakıda narkokuryerlik edən “Wolt” sürücüsü və eyni əməli törədən qadın saxlanılıbBu gün, 10:36Putindən Ərdoğanla bağlı tərif dolu sözlər: Onun siyasi iradəsi beynəlxalq sülhə töhfə verirBu gün, 10:29Əmtəə bazarlarında qızıl cüzi bahalaşıb, gümüş isə ucuzlaşıbBu gün, 10:29Kapital Bank-ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıbBu gün, 10:18Avropada daha bir “bozqurd” salamı - FOTOBu gün, 09:56Azərbaycan Prezidenti Xankəndi Konqres Mərkəzinin təməlini qoyubBu gün, 09:55Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olubBu gün, 09:43
Bütün xəbərlər