“Neftçi”nin “Kəpəz”lə oyun üçün baş məşqçisi açıqlanıb | 1news.az | Xəbərlər
Futbol

“Neftçi”nin “Kəpəz”lə oyun üçün baş məşqçisi açıqlanıb

20:52 - 21 / 08 / 2017
“Neftçi”nin “Kəpəz”lə oyun üçün baş məşqçisi açıqlanıb

“Neftçi” “Kəpəz”lə oyuna Elşad Əhmədovun rəhbərliyi altında hazırlaşacaq.

1news.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "Neftçi” Topaz Premyer Liqasının III turu çərçivəsində "Kəpəz” klubu ilə keçiriləcək oyunun hazırlığına sabah start verəcək.

Komandanı oyuna əvəzedici heyətin baş məşqçisi Elşad Əhmədov və əsas komandanın məşqçilər heyəti hazırlaşdıracaq.

Qeyd edək ki, "Neftçi” – "Kəpəz” matçı avqustun 25-də 8-ci km qəsəbə stadionunda keçiriləcək.

1news.az

Paylaş:
818

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər