Dünya bazarlarında neft ucuzlaşır

Dünya birjalarında neftin qiyməti aşağı düşməkdədir.
1news.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,06 faiz azalaraq 48,48 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,13 faiz azalaraq 52,65 dollar olub.
Babək Cahandarov
683