Cocuq Mərcanlıda tikinti işlərinin növbəti mərhələsi sürətlə davam etdirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cocuq Mərcanlıda tikinti işlərinin növbəti mərhələsi sürətlə davam etdirilir - FOTO

11:29 - 21 / 08 / 2017
Cocuq Mərcanlıda tikinti işlərinin növbəti mərhələsi sürətlə davam etdirilir - FOTO

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsi uğurla davam etdirilir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, inşaat işlərinə 30-a yaxın texnika, 350-dən çox işçi cəlb edilib.

Bu mərhələdə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılır. 17 hektar ərazidə inşa ediləcək evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlı olacaq.

Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılacaq. Qəsəbədə 1,75 hektarda yaşıllıq salınacaq, həmçinin yollar, səkilər və arxlar çəkiləcək. Yaşayış qəsəbəsi elektrik enerjisi, su və qazla tam təchiz ediləcək. Hazırda qəsəbədə 25 evin dam örtüyü vurulub, digər evlər və ictimai binaların isə hörgü işləri başa çatıb. Aparılan tikinti işlərinin 1 ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Qəsəbədəki evlərə Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünlər köçürüləcək. Bu gün bütün ölkə ictimaiyyəti, qaçqın və məcburi köçkün soydaşlarımız hesab edirlər ki, dövlətimizin başçısı tərəfindən atılan bu qətiyyətli addımlar növbəti uğurlarımızın, doğma ellərə “Böyük qayıdış”ın başlanğıcıdır.

Qeyd edək ki, qaçqın və məcburi köçkünlər üçün ümumilikdə indiyədək 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan 96 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. Görülən işlər nəticəsində 50 min ailənin və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.

S.Xankişiyeva

Paylaş:
584

Son xəbərlər

Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlibBu gün, 15:28Muxtar Babayev Konqo Prezidenti ilə görüşübBu gün, 15:24İlham Əliyev Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentini qəbul edibBu gün, 15:23Küçəyə atılan bir həftəlik körpənin vəziyyəti necədir? - Qurum rəsmisi açıqladı - YENİLƏNİBBu gün, 15:04Bakının Mikayıl Müşfiq küçəsində asfaltlanma işləri icra olunurBu gün, 14:58Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdürBu gün, 14:51UEFA Türkiyə millisinin futbolçusu Merih Demiral ilə bağlı qərarını açıqladıBu gün, 14:47İlham Əliyev Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edibBu gün, 14:40Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaqBu gün, 14:13Nazir Qarabağ Universiteti ilə bağlı paylaşım edib - FOTOBu gün, 14:12İlham Əliyev Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - FOTOBu gün, 13:56Aeroport şosesində qəza olubBu gün, 13:50Səbail rayonunda “Yaşıl ərazi” sakinlərin istifadəsinə verilib - FOTOBu gün, 13:40Şimali Kipr Prezidenti Ersin Tatar Füzuli rayonuna gəlibBu gün, 13:19Məktəbdənkənar təhsil müəssisələrində monitorinq keçirildi, 59 direktorla bağlı tədbir görüldüBu gün, 13:12Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində struktur dəyişiklikləri aparılıb - SİYAHIBu gün, 13:0939 dərəcə isti olacaq - Şənbə gününün havası açıqlandıBu gün, 12:463 nazirlik meşə yanğınları ilə bağlı əhaliyə müraciət etdi - FOTOBu gün, 12:12Çin yük avtomobilləri Orta Dəhlizdən istifadə etməyə başlayıblarBu gün, 12:02“Neftçi” işçilərə yemək dəstəyini dayandırır - FOTOBu gün, 11:58
Bütün xəbərlər