Bu gündən “Sahil” metrostansiyası bağlı olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gündən “Sahil” metrostansiyası bağlı olacaq

12:25 - 21 / 08 / 2017
Bu gündən “Sahil” metrostansiyası bağlı olacaq

Bu gündən “Sahil” metrostansiyası sərnişinlərin istifadəsi üçün bağlı olacaq.

1news.az-ın “Bakı Metropoliteni” QSC-yə istinadən verdiyi xəbərə görə, Metropolitenin 1967-ci ildə istismara verilən ilk 5 stansiyasından biri olan “Sahil” stansiyasında eskalatorların istismar müddəti başa çatıb və onların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb. “Sahil” metro stansiyasında aparılacaq əsaslı təmir müddətində quraşdırılmış 3 eskalator sökülərək, yerində 4 eskalator quraşdırılacaq.

Eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənəcək. Eskalatorların yenisi ilə əvəzlənəcəyi və əsaslı təmir işlərinin yerinə yetiriləcəyi müddət ərzində, birçıxışlı olduğu üçün, “Sahil” metro stansiyasının bağlanması zərurəti yaranıb.

“Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə çatdırır ki, “Sahil” stansiyası avqustun 21-i sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq və qatarlar bu stansiyada dayanmadan “İçərişəhər” və əks istiqamətdə hərəkət edəcək.

Təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur.

Əsaslı təmirin aparıldığı müddət ərzində sərnişinlərdən getdikləri ünvanı əvvəlcədən nəzərə alaraq, metronun “Sahil” stansiyasına yaxın olan “İçərişəhər” və “28 May” stansiyalarının xidmətindən istifadə etmələri xahiş olunur.

Onu da bildirək ki, “Sahil” metrosunda aparılan təmir işləri ilə əlaqədar olaraq “28 May” və “İçərişəhər” stansiyasında gücləndirilmiş iş rejiminə keçiləcək.

Babək Cahandarov

Paylaş:
984

Son xəbərlər

Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaqBu gün, 14:13Nazir Qarabağ Universiteti ilə bağlı paylaşım edib - FOTOBu gün, 14:12İlham Əliyev Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - FOTOBu gün, 13:56Aeroport şosesində qəza olubBu gün, 13:50Səbail rayonunda “Yaşıl ərazi” sakinlərin istifadəsinə verilib - FOTOBu gün, 13:40Şimali Kipr Prezidenti Ersin Tatar Füzuli rayonuna gəlibBu gün, 13:19Məktəbdənkənar təhsil müəssisələrində monitorinq keçirildi, 59 direktorla bağlı tədbir görüldüBu gün, 13:12Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində struktur dəyişiklikləri aparılıb - SİYAHIBu gün, 13:0939 dərəcə isti olacaq - Şənbə gününün havası açıqlandıBu gün, 12:46Qaraçuxurda bir həftəlik körpə küçəyə atıldıBu gün, 12:293 nazirlik meşə yanğınları ilə bağlı əhaliyə müraciət etdi - FOTOBu gün, 12:12Çin yük avtomobilləri Orta Dəhlizdən istifadə etməyə başlayıblarBu gün, 12:02“Neftçi” işçilərə yemək dəstəyini dayandırır - FOTOBu gün, 11:58Bakının Mikayıl Müşfiq küçəsində hərəkət tam məhdudlaşdırılacaqBu gün, 11:52Polis Yasamalda vətəndaşın evinə zərər vuran şirkətin söküntü işlərini dayandırıb - VİDEOBu gün, 11:41İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edibBu gün, 11:37Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!Bu gün, 11:28İranda prezident seçkiləri keçirilirBu gün, 11:25Azərbaycan və Kamerun Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıbBu gün, 11:21“İsa bulağı” istirahət kompleksinin açılışı olub - FOTOBu gün, 10:54
Bütün xəbərlər