Havanın temperaturu Bakıda 36, rayonlarda 39 dərəcəyə qədər artacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Havanın temperaturu Bakıda 36, rayonlarda 39 dərəcəyə qədər artacaq

12:46 - 21 / 08 / 2017
Havanın temperaturu Bakıda 36, rayonlarda 39 dərəcəyə qədər artacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqust ayının 22-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-25, gündüz 34-36, Bakıda gecə 22-24, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27 , Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, avqustun 24-dək Abşeron yarımadasında gözlənilən sabit hava şəraiti müsbət amil olsa da, bəzi saatlarda durğun və nisbətən rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında avqustun 22-də hava şəraitinin  yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir. 

Babək Cahandarov

Paylaş:
735

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər