Kapital Bank-ın yenilənən Beyləqan filialı istifadəyə verildi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank-ın yenilənən Beyləqan filialı istifadəyə verildi

12:55 - 21 / 08 / 2017
Kapital Bank-ın yenilənən Beyləqan filialı istifadəyə verildi

Kapital Bank filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Beyləqan filialının yenilənmiş ofisini istifadəyə verdi.

Yeni konsepsiya əsasında təmir edilən filial Beyləqan şəhəri, G. Əsədov küç., 46 ünvanında yerləşir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Kapital Bank-ın yeni konsepsiya əsasında təmir edilən Beyləqan filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni Bravo və Nərimanov Kart Mərkəzi filialları, Bakı şəhəri üzrə Buzovna, Dəmiryol və Lökbatan şöbələri, region üzrə Masallı şöbəsi fəaliyyətə başlayıb, Həzi Aslanov, Qubadlı, Göyçay və Qobustan filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Paylaş:
967

Son xəbərlər

Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlibBu gün, 15:28Muxtar Babayev Konqo Prezidenti ilə görüşübBu gün, 15:24İlham Əliyev Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentini qəbul edibBu gün, 15:23Küçəyə atılan bir həftəlik körpənin vəziyyəti necədir? - Qurum rəsmisi açıqladı - YENİLƏNİBBu gün, 15:04Bakının Mikayıl Müşfiq küçəsində asfaltlanma işləri icra olunurBu gün, 14:58Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdürBu gün, 14:51UEFA Türkiyə millisinin futbolçusu Merih Demiral ilə bağlı qərarını açıqladıBu gün, 14:47İlham Əliyev Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edibBu gün, 14:40Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaqBu gün, 14:13Nazir Qarabağ Universiteti ilə bağlı paylaşım edib - FOTOBu gün, 14:12İlham Əliyev Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - FOTOBu gün, 13:56Aeroport şosesində qəza olubBu gün, 13:50Səbail rayonunda “Yaşıl ərazi” sakinlərin istifadəsinə verilib - FOTOBu gün, 13:40Şimali Kipr Prezidenti Ersin Tatar Füzuli rayonuna gəlibBu gün, 13:19Məktəbdənkənar təhsil müəssisələrində monitorinq keçirildi, 59 direktorla bağlı tədbir görüldüBu gün, 13:12Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində struktur dəyişiklikləri aparılıb - SİYAHIBu gün, 13:0939 dərəcə isti olacaq - Şənbə gününün havası açıqlandıBu gün, 12:463 nazirlik meşə yanğınları ilə bağlı əhaliyə müraciət etdi - FOTOBu gün, 12:12Çin yük avtomobilləri Orta Dəhlizdən istifadə etməyə başlayıblarBu gün, 12:02“Neftçi” işçilərə yemək dəstəyini dayandırır - FOTOBu gün, 11:58
Bütün xəbərlər