“Sağlam Azərbaycan Festival”ı Dövlət Bayraq Meydanın yaxınlığında keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sağlam Azərbaycan Festival”ı Dövlət Bayraq Meydanın yaxınlığında keçiriləcək

17:32 - 22 / 08 / 2017
“Sağlam Azərbaycan Festival”ı Dövlət Bayraq Meydanın yaxınlığında keçiriləcək

Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliyi və Bulvar İdarəsinin birgə  dəstəyi ilə ölkədə ilk dəfə baş tutacaq  “Sağlam Azərbaycan Festivalı” Dövlət Bayraq Meydanı və Su İdman Sarayı arasında yerləşən ərazidə keçiriləcək.

Bu barədə Sağlam Azərbaycan Festivalının təşkilatçısı Nigar Məmmədova bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib. Bildirib ki, Festivalın açılış mərasimi üçün bu ərazinin seçilməsi təsadüfi deyil:

“Biz qərara gəldik ki, ölkədə ilk dəfə keçiriləcək “Sağlam Azərbaycan Festivalı” daha çox insana açıq olsun. Buna görə də Dövlət Bayraq Meydanı və Su İdman Srayı arasında yerləşən ərazi seçildi ki, bu ərazi ölkəmizi gəzməyə gələn qonaqlara, turistlərə daha yaxşı tanışdır. Festivalda müxtəlif mədəniyyətlərin təbliği ilə yanaşı, idman və turizm sahələri, sağlam həyat tərzinə çağıran vegan mədəniyyəti də təqdim olunacaq. Məqsədimiz yerli əhali və turistlərə sağlam həyat tərzini aşılamaqdır. Festival iştirakçıları təqdim olunan bütün xidmətlərdən ödənişsiz istifadə edə biləcəklər.”

Mətbuat konfransında “Sağlam Azərbaycan Fsetivalı”nın proqramı da açıqlanıb. Bildirilib ki, məhz bu festival üçün Azərbaycana Ukraynadan aşpaz Konstantin Stolyarov dəvət olunub. O, festival iştirakçıları üçün dadlı vegeterian yeməkləri bişirib təqdim edəcək. Əcnəbi şirniyyatçı qızlar da festivala öz təamları ilə rəng qatacaq.

Festival çərçivəsində böyüklər üçün VEGAN yeməklərin master-klassları ilə yanaşı ana və uşaq üçün özünü müdafiə dərsləri, “Happy starts”, gimnastika şousu və dərsləri, hər növ yoqa, mantra oxunulması, masaj, voleybol, şahmat yarışları, xına çəkmək üzrə master klass, kişilər üçün mini futbol 4x4, mini qolf, armrestling (qol güləşi), kapoeyra (capoeira), Boçça paralimpiya yarışması, açıq kinoteatr, Street Art, Street boll və “Lektoriy” maarifləndirici mühazirələr təşkil olunacaq. Bu mühazirələr müxtəlif sahələrdə çalışan insanlara biliklərini artırmaq və opponentləri ilə müzakirə etmək imkanı yaradacaq.

Festivalda böyüklərlə yanaşı balacalar üçün də zəngin və əyləncəli proqram nəzərdə tutulub. Balacalar üçün rəqs, yoqa, kapoeyra (capoeira) dərsləri, Face art və karikatura master klassları, maarifləndirici oyunlar keçiriləcək. Uşaqları şar bağlayan və sehrbazla yanaşı animatorlar əyləndirəcək.

“Sağlam Azərbaycan Festivalı”nın maraqlı məqamlarından biri də insanlar üçün təşkil olunan pulsuz həkim müayinələridir. Belə ki, festivala qatılanlar müxtəlif sahələrdə ixtisaslaşmış həkimlər tərəfindən müayinə edilərək, məsləhət almaq imkanı qazanacaqlar.

Dövlət Bayraq Meydanının və Su İdman Sarayı arasında yerləşən ərazidə gerçəkləşəcək. Sağlam Azərbaycan Festivalının açılış mərasimi 25 avqust saat 11:00-da baş tutacaq. 3 gün davam edəcək (25,26,27avqust) festivala giriş pulsuzdur.

Paylaş:
1029

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər