Gələn ay növbəti sərgilər mövsümü start götürəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Gələn ay növbəti sərgilər mövsümü start götürəcək

12:47 - 23 / 08 / 2017
Gələn ay növbəti sərgilər mövsümü start götürəcək

Cari ilin sentyabr ayında Azərbaycanda növbəti ticarət-sənaye sərgiləri mövsümü start götürür.

1news.az-ın məlumatına görə, bu il “Iteca Caspian” şirkəti 7 beynəlxalq sərginin keçirilməsini planlaşdırıb. Bu tədbirlər çərçivəsində iştirakçılar bazarı öyrənərək peşəkar əlaqələr qura və yeni tərəfdaşlar cəlb edə bilər, ziyarətçilər isə məhsul və ya xidmətlərlə tanış olmaq, onların istehsalçıları, yaxud tədarükçüləri ilə birbaşa görüşmək, faydalı əlaqələr qurmaq və mühüm müqavilələr imzalamaq imkanı əldə edəcəklər. Azərbaycan Respublikasının dövlət strukturlarının dəstəyi ilə keçirilən bütün bu sərgilərin mövzusu iqtisadiyyatın qeyri-neft sektorunu ehtiva edir.

“Iteca Caspian” şirkətindən verilən məlumata görə, yeni sərgi mövsümü 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2017” və 11-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2017” sərgiləri ilə açılacaq. Bu sərgilər 28-30 sentyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcəkdir. Sərgilərin ümumi ekspozisiyasında 100-dən artıq iştirakçının bir araya gəlməsi gözlənilir. Bu iştirakçılar arasında Azərbaycan, Almaniya, Belarus, Çin, Hindistan, İtaliya, İran, İsveçrə, Litva, Polşa, Rusiya, Türkiyə, Ukrayna, və digər ölkələri təmsil edən şirkətlər yer alır. “BIHE” sərgisində xarici istehsalçılarla yanaşı, nəhəng dünya istehsalçılarının tərəfdaşı olan “BTL Industries”, “Labservis”, “Planeta”  və tibbi avadanlıq və dərman vasitələrinin digər yerli distribyutorları da iştirak edəcək. Bu il sərgidə tibbi və laboratoriya avadanlıqları (məs.: əməliyyat masaları üçün avadanlıqlar, plastik cərrahiyyə üçün lazer avadanlıqları), farmakoloji preparatlar, tibbi alətlər, eləcə də farmakoloji avadanlıqlar təqdim ediləcək.

Sərgi çərçivəsində geniş işgüzar proqram planlaşdırılıb, belə ki, sərgi çərçivəsində ilk dəfə olaraq Həkimlər Konqresinin keçirilməsi nəzərdə tutulur. Konqres müxtəlif səhiyyə sahələrini təmsil edən aparıcı həkimlərin iştirakı ilə bir neçə panel müzakirədən ibarət olacaq. Təşkilatçılar sərginin ikinci iş günündə eksponentlər ilə yerli istehsalçılar və distribyutorlar üçün seminar keçiriləcək və bu tədbir bazar iştirakçıları arasında birbaşa görüş və danışıqlar üçün əlavə səmərəli işgüzar platformaya çevriləcəkdir. Seminarın keçirilməsində məqsəd sərgi iştirakçılarına yerli şirkətlər ilə səmərəli işgüzar münasibətlərin qurulmasında, ziyarətçilərə isə öz distribyutor şəbəkələrini genişləndirməkdə kömək etməkdir.

Hər il “Beauty Azerbaijan” sərgisi dünyanın müxtəlif ölkələrini təmsil edən sənaye peşəkarlarını cəlb edərək, onlara yerli bazara çıxmaq imkanı yaradır. “Beauty Azerbaijan 2017” sərgisində peşəkar kosmetik vasitələr, gözəllik salonları üçün avadanlıqlar və kosmetoloji aparatlar təklif edən Azərbaycan, ABŞ, Rusiya, İtaliya və Koreya şirkətləri iştirak edəcək. Sərgi çərçivəsində ustad dərsləri (“master-klass”) və “B2B” formatlı görüşlərin keçirilməsi də planlaşdırılır.

Sərgi mövsümünü daha sonra 23-cü Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku 2017”, 10-cu Yubiley Beynəlxalq İstilİk, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji sərgisi “Aquatherm Baku 2017” və 10-cu Yubiley Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri sərgisi “Securika Caspian 2017” sərgiləri davam etdirəcək (18-21 oktyabr).

Beləliklə, Azərbaycanın paytaxtını bir daha biznes sahəsində yeni məhsulların təqdimatı və gələcək planların elan edilməsi, eyni zamanda, dərhal rəy və təkliflərin əldə olunmasına imkan verən zəngin ixtisaslaşmış sərgilər mövsümü gözləyir. Sərgilər köhnə əlaqələrin dəstəklənməsi və möhkəmləndirilməsi üçün əla platforma, eləcə də yeni tanışlıqların və işgüzar münasibətlərin yarandığı məkandır. Sərgilər brendinq baxımından da çox vacibdir, çünki sənaye sərgiləri həm də iştirakçılara baxış, eləcə də görülmüş işlər və onların nəticələri barədə hesabatdır. Bundan başqa, bu tədbirlər elektron yazışma və zənglər vasitəsi ilə uzun müddət cavabsız qalan çoxsaylı texniki və kommersiya məsələlərini birbaşa danışıqlar çərçivəsində və qısa vaxt ərzində həll etməyə imkan verən məkandır. Bu baxımdan, heç də təsadüfi deyil ki, sərgiləri “əl sıxılan məkan” da adlandırırlar.

Artıq bütün sərgilərin veb-saytlarında elektron qeydiyyata start verilib. Ziyarətçi sərginin veb-saytında elektron qeydiyyatdan keçməklə, üzərində bar-kod olan elektron bilet əldə edə bilərlər. Bu bar-kod “Fast Track” xidmətindən (xüsusi qeydiyyat xidmətindən) istifadə etməyə və qeydiyyat vaxtını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Ziyarətçilər üçün sərgilərə giriş pulsuzdur.

Bütün sərgilər və burada ziyarətçi və iştirakçılara təklif olunan xidmətlər barədə daha ətraflı məlumatı www.iteca.az veb-saytından, eləcə də sərgilərin sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz. 2017-ci ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında “Premier Tour” (rəsmi turoperator), eləcə də “Hyatt Regency” və “Qafqaz Point Hotel” (rəsmi otellər), habelə “AzExpoMontage” (rəsmi montajçı) şirkətləri yer alır.

Babək Cahandarov

Paylaş:
938

Son xəbərlər

Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22
Bütün xəbərlər