ABŞ-ın Azərbaycandakı səfirliyi “Qarabağ”ı təbrik edib | 1news.az | Xəbərlər
İdman

ABŞ-ın Azərbaycandakı səfirliyi “Qarabağ”ı təbrik edib

15:24 - 24 / 08 / 2017
ABŞ-ın Azərbaycandakı səfirliyi “Qarabağ”ı təbrik edib

ABŞ-ın Azərbaycandakı səfirliyi “Qarabağ”ı Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olması münasibətilə təbrik edib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə səfirliyin “facebook” səhifəsində yer alan açıqlamada deyilir.

“Bu, böyük nailiyyətdir! ABŞ səfirliyi “Qarabağ”a gələcək oyunlarda uğurlar arzulayır”, - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, “Qarabağ” ötən gün Danimarkanın “Kopenhagen” komandası ilə cavab qarşılaşmasında 2:1 uduzsa da, daha əvvəl Bakıdakı görüşdə 1:0 hesabı ilə qələbə qazandığı üçün Çempionlar Liqasının qrup mərhələsinə düşüb.

S.Xankişiyeva

Paylaş:
850

Son xəbərlər

Bütün xəbərlər