Azərbaycanın xarici dövlət borcu açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

19:00 - 24 / 08 / 2017
Azərbaycanın xarici dövlət borcu açıqlanıb

Azərbaycanın xarici dövlət borcu açıqlanıb.

1news.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 1 iyul 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7 mlrd. 172,6 mln. ABŞ dolları (12 mlrd. 208,5 mln. manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 18,9% təşkil edib.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə institutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

1news.az

Paylaş:
923

Son xəbərlər

Bütün xəbərlər