Qurban Qurbanov: Sevinirik ki, Azərbaycanı sevindirə bildik | 1news.az | Xəbərlər
Futbol

Qurban Qurbanov: Sevinirik ki, Azərbaycanı sevindirə bildik

09:43 - 24 / 08 / 2017
Qurban Qurbanov: Sevinirik ki, Azərbaycanı sevindirə bildik

"Sevinirik ki, Azərbaycanı sevindirə bildik".

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu "Kopenhagen" - "Qarabağ" oyunundan sonra Ağdam təmsilçisinin baş məqşçisi Qurban Qurbanov deyib.

Baş məşqçi qeyd edib: "Bütün Azərbaycan xalqını, azarkeşlərimizi, hər kəsi təbrik edirəm. Sevinirik ki, ölkəmizi sevindirə bildik".

Q.Qurbanov bildirib ki, belə turnirlərdə çıxış etmək futbolumuz üçün çox önəmlidir: "Belə turnirin qrup mərhələsində oynamaq həm bizim, həm də ölkəmiz üçün faydalı olacaq”.

Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Kopenhagen" komandasına 2:1 hesabı ilə məğlub olsa da, Bakıda ilk oyunda qazanılan minimal qələbə sayəsində Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb.

S.Xankişiyeva

Paylaş:
1046

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər