Rövnəq Abdullayev: “Qarabağ”ın uğuru Azərbaycan futbolunda yazılmaqda olan böyük tarixin ilk sətirləridir | 1news.az | Xəbərlər
İdman

Rövnəq Abdullayev: “Qarabağ”ın uğuru Azərbaycan futbolunda yazılmaqda olan böyük tarixin ilk sətirləridir

10:53 - 24 / 08 / 2017
Rövnəq Abdullayev: “Qarabağ”ın uğuru Azərbaycan futbolunda yazılmaqda olan böyük tarixin ilk sətirləridir

“Qarabağ”ın qazandığı bu tarixi uğurun şahidi olduğumuz üçün çox sevincliyik. Bu nailiyyət Azərbaycan futbolunda yazılmaqda olan böyük tarixin ilk sətirləridir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev Ağdamın “Qarabağ” komandasının UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı fikirlərini bölüşərkən deyib.

“Qarabağ” uğura doğru səbirlə, addım-addım irəlilədi və nəhayət, hər birimizin arzuladığı sevinci bizə yaşatmağı bacardı. Azərbaycan futbolunda bir ilkə imza atan “Qarabağ” futbol klubunun rəhbərliyini, məşqçilərini, inzibati heyətini, futbolçularını və təbii ki, bütün oyunlarda komandaya inanan, dəstəyini əsirgəməyən azarkeşləri bu zəfər münasibətilə təbrik edirəm. Azərbaycan futbol ictimaiyyəti adından “Qarabağ”a UEFA Çempionlar Liqasının qrup mərhələsində uğurlar arzulayıram”, - deyə AFFA prezidenti bildirib.

S.Xankişiyeva

Paylaş:
1167

Son xəbərlər

Bu il uşağın anadan olmasına görə təyin olunan müavinətin sayı açıqlandıBu gün, 10:28FHN əməkdaşları 10 nəfəri xilas etdiBu gün, 10:20İstirahət günlərində cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıbBu gün, 09:58Sumqayıtda bəzi ərazilərin elektrik enerjisi təchizatında məhdudiyyət yaranacaqBu gün, 09:55Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlanırBu gün, 09:50Nyu-York birjasında təbii qaz bahalaşıbBu gün, 09:47Bəzi bölgələrdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 09:32Gimnastımız Portuqaliyada qızıl medal qazanıbBu gün, 09:27Bu gün üç rayonda qazın təchizatında məhdudiyyət yaranacaqBu gün, 09:18AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:14Bakıda sıxlıq müşahidə olunan yollar - SİYAHIBu gün, 08:58Niderland Avropa çempionatında qaldı, Türkiyə isə tərk etdi - YENİLƏNİB 407 / 07 / 2024, 01:10Qarabağ Universitetində ingilis dili üzrə müəllimi vakansiyası elan edilib06 / 07 / 2024, 18:03Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB 106 / 07 / 2024, 17:55Azad edilmiş ərazilərdə yeni seçki məntəqələri yaradılacaq06 / 07 / 2024, 17:23Sabunçuda 5 otaqlı ev yanıb06 / 07 / 2024, 16:54Bakıda hind aktyorlarının iştirakı ilə film çəkilir06 / 07 / 2024, 16:38Qubada 1 nəfər göldə batıb06 / 07 / 2024, 16:19Abşeronda zəncirvari qəza baş verib, yaralılar var06 / 07 / 2024, 15:59Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb06 / 07 / 2024, 15:31
Bütün xəbərlər