“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində – FOTO – VİDEO

00:40 - 24 / 08 / 2017
“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində – FOTO – VİDEO

Tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində çıxış edən “Qarabağ” Bakıdakı ilk oyunda minimal hesabla qalib gəldiyi “Kopenhagen”lə çətin səfər matçına çıxıb.

1news.az-ın məlumatına görə, qarşılaşma kifayət qədər maraqlı və gərgin alınıb. İlk dəqiqənin sonuncu dəqiqəsində “Kopenhagen” klubunun hücumçusu Santander komandasını irəli çıxarıb.

İkinci hissədə daha fəal oynayan “Qarabağ” Dinonun 63-cü dəqiqədə vurduğu qolla hesabda tarazlığı bərpa edib. Lakin komandamızın sevinci cəmi 3 dəqiqə sürüb. Belə ki, 66-cı dəqiqədə Pavloviç komandasını yenidən irəli çıxarıb.

Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün daha bir qol vurmalı olan rəqib komanda nə qədər çalışsa da buna nail ola bilməyib.

Beləliklə, “Qarabağ” səfər oyununda 1:2 hesabı ilə məğlub olsa da, səfər qolu sayəsində Azərbaycan futbolunun tarixində ilk dəfə qruplarda iştirak etməyə haqq qazanıb.

Çempionlar Liqası

Pley-off mərhələsi

Cavab oyunu

23 avqust

“Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan) - 2:1

Qollar: Santander, 45, Pavloviç, 66 - Dino, 63

Baş hakim: Alberto Undiano Mallenko

Baş hakimin köməkçiləri: Roberto Alonso Fernandes, Raul Kabanyero Martines

Əlavə köməkçi hakimlər: Alexandro Xose Ernandes, Xose Mariya Sançes Martines

Dördüncü hakim: Dieqo Barbero Sevilya (hamısı İspaniya)

Hakim-inspektor: Alfredo Trentalanqe (İtaliya)

UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya)

Kopenhagen. “Tella Parken” stadionu

İlk oyun – 0:1

Babək Cahandarov

Paylaş:
1835

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər