Çimərlik futbolu üzrə Azərbaycan millisi Almaniya yığmasına qalib gəlib | 1news.az | Xəbərlər
İdman

Çimərlik futbolu üzrə Azərbaycan millisi Almaniya yığmasına qalib gəlib

18:32 - 26 / 08 / 2017
Çimərlik futbolu üzrə Azərbaycan millisi Almaniya yığmasına qalib gəlib

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Almaniyanın Varnemunde şəhərində təşkil olunan Avropa çempionatının ikinci seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib.

1news.az-ın AFFA-ya istinadən verdiyi xəbərə görə, milli komandamız ev sahibi Almaniya yığmasına 3:0 hesabı ilə qalib gəlib.

Yığmamızın heyətində Orxan Məmmədov, Sabir Allahquliyev və Renat Sultanov fərqləniblər.

Babək Cahandarov

Paylaş:
1070

Son xəbərlər

Bütün xəbərlər