Həyətində çətənə kolu yetişdirən Siyəzən sakini tutulub

Polis əməkdaşları həyətində çətənə kolu yetişdirən şəxsi saxlayıblar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Siyəzən RPŞ əməkdaşlarının daxil olan məlumat əsasıda keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tağay kənd sakini Suliddin Bəşirovun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 15 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Babək Cahandarov
942