Norveç - Azərbaycan və Azərbaycan - San Marino oyunlarını idarə edəcək hakimlər məlum oldu | 1news.az | Xəbərlər
Futbol

Norveç - Azərbaycan və Azərbaycan - San Marino oyunlarını idarə edəcək hakimlər məlum oldu

13:38 - 28 / 08 / 2017
Norveç - Azərbaycan və Azərbaycan - San Marino oyunlarını idarə edəcək hakimlər məlum oldu

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində sentyabrın 1-də Oslo şəhərində keçiriləcək Norveç – Azərbaycan və sentyabrın 4-də Bakıda keçiriləcək Azərbaycan – San Marino oyunlarının hakimləri açıqlanıb.

1news.az-ın AFFA-nın saytına istinadən verdiyi xəbərə görə, Norveç-Azərbaycan matçını polşalı hakimlər briqadası idarə edəcək.

Azərbaycan – San Marino görüşü isə Monteneqrodan olan hakimlər briqadasına tapşırılıb.

Norveç – Azərbaycan

Baş hakim: Daniel Stefanski

Baş hakimin köməkçiləri: Robert Marcin Boniek,  Dawid Golis

Dördüncü hakim: Bartosz Frankowski

(Hakimlər Poşadandır)

Hakim-inspektor: Jones Peter (İngiltərə)

Komissar: Nicolae Camelia (Rumıniya)

Azərbaycan – San Marino

Baş hakim: Nikola Dabanovic

Baş hakimin köməkçiləri: Milutin Djukic, Jovica Tatar

Dördüncü hakim: Pavle Radovanovic

(Hakimlər Monteneqrodandır)

Hakim-inspektor: Kaj Ostergaard (Danimarka)

Komissar: Oljas Abrayev (Qazaxıstan)

Babək Cahandarov

Paylaş:
801

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər