Qurban bayramı ilə əlaqədar banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qurban bayramı ilə əlaqədar banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

18:28 - 28 / 08 / 2017
Qurban bayramı ilə əlaqədar banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri ərzində əhalinin və çoxsaylı turistlərin bank xidmətlərindən rahat faydalanması üçün bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

Palatanın mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, bayram günləri ərzində valyuta mübadiləsi xidmətlərinə rahat çıxışı təmin etmək məqsədilə paytaxtda və bölgələrdə fəaliyyət göstərən 23 bankın 76 struktur bölməsi müştərilərə xidmət göstərəcək. Bakı şəhərində yerləşən 4 bankın 2 filialı və 2 şöbəsi 24/7 rejimində işləyəcək.

Bayram günlərində, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək.

1news.az

Paylaş:
781

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər