Azərbaycan cüdoçusu dünya çempionatında gümüş medal qazanıb
Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start verilib.
1news.az-ın məlumatına görə, ölkəmizi 60 kq çəki dərəcəsində təmsil edən Orxan Səfərov mundiala 1/16 finaldan başlayıb. O, öncə bolqarıstanlı Yanislav Çerçevi mübarizədən kənarlaşdırıb. Həmyerlimiz 49 saniyəyə rəqibini üstələyib.
1/8 finalda portuqaliyalı Qonsalo Mansinyo ilə görüşən Orxan rəqibini 30 saniyəyə məğlub edib. Yarımfinala vəsiqə uğrunda görüşdə qazaxıstanlı Eldost Smetovla qarşılaşan idmançımız bu rəqibinə də vaxtından əvvəl qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Yarımfinalda özbəkistanlı Diorbek Urozboyevlə qarşılaşan cüdoçumuz rəqibinə ipponla qalib gələrək finala yüksəlib.
Həlledici qarşılaşmada Orxan yaponiyalı rəqibi Noişa Takatoya məğlub olaraq mundialı gümüş medalla başa vurub.
Qeyd edək ki, Azərbaycan yığması Macarıstana 17 cüdoçu (9 kişi, 8 qadın) ilə yollanıb.
1news.az