Kamran Ağayev Çexiya çempionatında avtoqolla debüt etdi - VİDEO | 1news.az | Xəbərlər
Futbol

Kamran Ağayev Çexiya çempionatında avtoqolla debüt etdi - VİDEO

11:16 - 28 / 08 / 2017
Kamran Ağayev Çexiya çempionatında avtoqolla debüt etdi - VİDEO

Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Çexiya çempionatında debüt edib. 

1news.az-ın məlumatına görə, 31 yaşlı qapıçımızın şərəfini qoruduğu “Mlada Boleslav” klubu V turda son çempion “Slaviya”nın qonağı olub.

Oyun Ağayevin komandasının 0:4 hesablı məğlubiyyətilə başa çatıb. 90 dəqiqə meydanda olan Kamran isə avtoqolla yadda qalıb. Belə ki, komanda yoldaşının ötürməsini qəbul edərkən kobud səhvə yol verən millimizin qapıçısı üçün debüt oyunu uğursuz alınıb.

Bu məğlubiyyətdən sonra “Mlada Boleslav” klubu tirnir cədvəlinin sonuncu pilləsinə yuvarlanıb.

Babək Cahandarov

Paylaş:
1004

Son xəbərlər

Bütün xəbərlər