AFFA “Qarabağ”ı cərimələyib | 1news.az | Xəbərlər
Futbol

AFFA “Qarabağ”ı cərimələyib

14:20 - 29 / 08 / 2017
AFFA “Qarabağ”ı cərimələyib

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Azərbaycan Premyer Liqasının III turunda baş verənlər müzakirə olunub.

1news.az-ın AFFA-ya istinadla verdiyi xəbərə görə, “Neftçi” – “Kəpəz” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat cərimə olunub.

“İnter” – “Səbail” matçının 63-cü dəqiqəsində meydan sahiblərini azlıqda qoyan Tərlan Quliyevin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılması 1 oyunluq cəza ilə nəticələnib. Paytaxt klubu 200 manat ziyana düşüb.

“Qarabağ” – “Qəbələ” matçının 69-cu dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün Ağdam klubu 1600 manat cərimələnib.

S.Xankişiyeva

Paylaş:
1423

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər